Tanınmış mikrobioloq alim, akademik Məmməd Əhəd oğlu Salmanov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
 
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
O, Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
 
Qeyd edək ki, yanvarın 12-də M.Salmanovun 90 yaşı tamam olur. 

Akademik Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Şöhrət“ ordeni ilə təltif  edilmişdir.

www.aztibb.az