Yanvarın 14-də AMEA-nın Mikrobiologiya İnstitutunda 2021/2022-ci tədris ili üzrə magistrantların qış imtahan sessiyası başlanıb.

Bildirilib ki, imtahanda institutun mikrobiologiya ixtisası üzrə I kursda təhsil alan üç magistrantı mikrobiologiyanın tədqiqat obyektləri fənnindən imtahan verib.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov magistrantlara imtahanda uğurlar arzulayıb.