AMEA-nın Mikrobiologiya İnstitutunda 2021/2022-ci tədris ili üzrə magistrantların qış imtahan sessiyası davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, mikrobiologiya ixtisası üzrə I kursda təhsil alan magistrantlar yanvarın 24-də mikroorqanizmlərin fiziologiyası və metabolizmi fənnindən imtahan veriblər. Tələbələr imtahan suallarını ayrılmış vaxt müddətində yazılı şəkildə cavablandırıblar. Cavablar fənn müəllimi AMEA-nın müxbir üzvü Pənah Muradov tərəfindən qiymətləndirilib. İmtahan uğurla başa çatıb.

Qeyd edək ki, Mikrobiologiya İnstitutunda magistrantların qış imtahan sessiyası yanvarın 31–də başa çatacaq.