AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2022-ci ildə 3-cü nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, AMEA Rəyasət Heyətinin iclası, AMEA ilə Slovakiya Elmlər Akademiyası arasında imzalanmış əməkdaşlıq memorandumu, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin 2021-ci ildəki fəaliyyətinə dair hesabatı, AMEA-nın elmi müəssisələrinin ötən ildəki mühüm nəticələri, “Azərbaycanda Gənclər Günü 25 ildir qeyd olunur”, “90 illik ömrə qısa bir baxış”, “Şuşa İli” - Azərbaycan xalqının sevinc və qürur ili” sərlövhəli məqalələr, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı ilə müsahibə, nəşrlər, müsabiqələr və s. informasiyalar oxuculara təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.