Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında akademik Ramiz Mehdiyev ölkə başçısının 11 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilən akademik Məmməd Salmanova mükafatını və AMEA-nın Fəxri fərmanını təqdim edib. Görkəmli alim Məmməd Salmanovu İnstitutumuzun bütün kollektivi adından 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.