Aprelin 27-də AMEA-nın Əsas binasında “Elm günü”nə həsr edilmiş Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı zamanı Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov “Space" kanalına və həmən İnstitutun “Mikrobioloji biotexnologiya” laboratoriyasinin müdiri, b.e.d., dosent Könül Baxşəliyeva “ATV” və“ARB” kanallarına müsahibə verib.
Pənah Muradov rəhbəri oldugu müəsisənin elmi naliyyətlərindən söz açaraq institutda aparılan elmi tədqiqat nəticələrinin istehsalatda tətbiqindən və əldə edilən nəticələrin ekaloji cəhətdən təhlükəsiz , texnaloji cəhətdən asan, iqtisadi cəhətdən səmərəli oldugunu nəzərə çatdırıb.
Müsahibə zamanı K. Baxşəliyeva isə institutun fəaliyyət istiqamətlərindən biri olan bioloji aktiv maddələrin alınması və onların fitopatogen mikroorqanzimlərə qarşı mübarizədə istifadəsinin effektivliyi haqqında əldə edilən nəticələrdən danışıb.

Video müsahibələri izləmək üçün müvafiq linklərə keçid edin: https://cloud.mail.ru/stock/hMsoYQTq136dFKU97bxgfuuz 

https://drive.google.com/file/d/13swtfHsIkb4HTgyc4Lpdmp4g0Pn86xVU/view