İyunun 2-də AMEA-nın Mikrobiologiya İnstitutunda təhsil alan magistrantların yay imtahan sessiyasına başlanılıb.
Belə ki, müəssisənin "Mikrobiologiya " ixtisası üzrə I kurs magistrantları “Torpaq mikrobiologiyası ” fənni üzrə imtahan verib və onlarn nəticələri yüksək qiymətləndirilib.
Cavablar fənn müəllimi biologiya elmləri doktoru, dosent, Samirə Nəcəfova tərəfindən qiymətləndirilib.
Bildirək ki, müəyyən olunmuş qrafikə əsasən yay imtaha sessiyası iyunun 28- ə dək davam edəcək