AMEA-nın Mikrobiologiya İnstitutunun Fitopatogen mikroorqanizmlər və bioloji nəzarət laboratoriyasının rəhbəri biologiya üzrə fəlsəfə doktoru Günel Qasımovanın “Azərbaycanda yayılan Ganoderma Karst. cinsinə aid göbələklərin ekoloji-bioloji xüsusiyyətlərinin öyrənilməsi” adlı yeni monoqrafiyası çapdan çıxıb.

Mikrobiologiya institutun Elmi şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, rəyçilərı dosentlər Könül Baxşəliyeva və İradə Babayevadır.

Monoqrafiya Azərbaycanın ekoloji cəhətdən fərqli ərazilərində yerləşən meşə ekosistemlərində Ganoderma cinsinə aid növlərin yayılmasına, tədqiq edilərək öyrənilməsinə həsr olunub. Monoqrafiyadan mikologiya, mikrobiologiya sahəsində çalışan tədqiqatçılar, eyni zamanda, ali məktəbin uyğun mütəxəssisləri faydalana bilər.