22-23 sentyabr 2022-ci il tarixlərində AMEA-da keçirilən “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın bağlanış mərasimi bu gün Şuşada, Cıdır düzündə keçirilib.
İşğaldan azad olunmuş tarixi Şuşa şəhərində baş tutan Beynəlxalq konfransın bağlanış mərasimində AMEA-nın müxbir üzvü Mikrobiologiya İnstitutunun baş direktoru Pənah Muradov da iştirak edib.