AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” və “Ə.T.Əmiraslanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında” sərəncamları yer alıb.

Bundan əlavə, “Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə”, “Şərəfli ömrün səhifələri”, “Təcrübəli mühəndis-geoloq”, “Zəfərə aparan 44 gün”, “Azərbaycan bayrağı dövlətçiliyimizin əzəli və əbədi rəmzidir”, “Müstəqilliyimizin ilk Konstitusiyası”, “Tarixi istiqlal mücadiləsinin əsas mərhələsi”, “Dəlicəsinə istəyin töhfəsi – “525-ci qəzet”, “İranda türklərə qarşı ayrı-seçkilik” sərlövhəli məqalələr, AMEA-da Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş elmi konfrans, AMEA-nın Rəyasət Heyətinin iclası, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin görkəmli türkiyəli alim Şükrü Haluk Akalınla görüşü, müsabiqələr və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.