AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun əməkdaşları 20 Yanvar Ümumxalq Hüzn Gününün 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçən vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, şəhidlərin ruhuna dualar oxuyaraq məzarlarının üzərinə çiçəklər düzüblər.

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 33-il ötüb. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq və heç zaman unudulmayacaq.