Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun kollektivi Türkiyədə baş verən zəlzələdə zərərçəkən insanlara kömək məqsədilə yardım kampaniyasına qoşulub.

Qardaş türk xalqına yardım məqsədilə institutun kollektivi tərəfindən quru yeməklər, konservləşdirilmiş qidalar və isti geyimlərdən ibarət bağlamalar hazırlanaraq müvafiq toplama məntəqəsinə göndərilib.

Allah faciədə həyatını itirən insanlara rəhmət eləsin, xəsarət alanlara tezliklə şəfa versin. Uca Allahdan bütün türk xalqına güc və səbir diləyirik.