Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Eksperimental mikologiya laboratoriyasının müdiri, b.ü.f.d., dosent İradə Babayeva və əməkdaşları b.ü.f.d Lalə Əliyeva, elmi işçi Vüsalə İsayeva, kiçik elmi işçi Əsmər Məmmədova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılıgı ilə 2-3 mart 2023-cü il tarixlərində keçirilən “Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” adlı  III beynəlxalq elmi konfransında iştirak ediblər.

Konfransda sözügedən laboratoriyanın kiçik elmi işçisi Əsmər Məmmədovanın “Abşeron yarımadasının torpaqlarında yayılan bəzi nematofaq hifomisetlərin tədqiqi” mövzusunda məruzəsi dinlənilib.

Məruzə maraqla qarşılanıb, suallar ünvanlanıb.