Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

13.10.2015 12:46

 

Azərbaycanlı mikrobioloq alim Avropa Təbiət Elmləri Akademiyasının Fəxri Diplomuna layiq görülüb

Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyası və Avropa Elmi Assosiasiyasının Rəyasət Heyətinin birgə qərarı ilə AMEA Mikrobiologiya İnstitutunun Ekoloji mikrobiologiya laboratoriyasının rəhbəri, Avropa Təbiət Elmləri Akademiyasinin həqiqi üzvü, professor Nəriman İsmayılov Avropa Təbiət Elmləri Akademiyasının Fəxri Diplomuna layiq görülüb. Alim, həmçinin Vladimir Vernadski adına medalla təltif edilib.

N.İsmayılov bu mükafata rusiyalı alimlərlə birgə nəşr etdirdiyi “Neft-qaz geoekologiyasının əsasları” kitabı və apardığı qarşılıqlı əməkdaşlığa görə layiq görülüb.

Faydalı Linklər