Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

05.12.2017 16:30

 

AMEA Mikrobiologiya İnstitutunun illik hesabatı keçirildi.

Dekabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda bu elm müəssisəsinin 2017-сı ildəki elmi fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirildi.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov gündəlikdəki məsələlər barədə məlumat verdi.

İclasda institut direktorunun müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov hesabat məruzəsi ilə çıxış edərək Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar institutda görülən işlər barədə məlumat verdi. Qeyd etdi ki, 2017-2020 ci illər ücün Milli Strategiyanın heyata keçrilməsi ilə baglı “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəaliyyət Planı “çərçivəsində AMEA-ya tapşırılmıış işlərin icrasının təmin edilməsində institutumuz fəal iştirak etmişdir

Bildirilib ki, 2017-ci ildə 2 problem 7 mövzu əhatə edən 7 işin 16 mərhələsi tamamlanıb və nəzərdə tutulan iş həcmi tam yerinə yetirilib. Aparılan işlərin ümumi məqsədi Azərbaycanın müxtəlif bölgəsində olan su, torpaq və meşə ekosistemlərinin müasir vəziyyətinin mikrobioloji və mikoloji aspektlərdə qiymətləndirilməsidir.

Nəzərə çatdırılıb ki, institutda üc şöbə və yeddi laboratoriya fəaliyyət göstərir. Hesabat ilində AMEA-nın prioritet istiqamətlər üzrə elan etdiyi innovativ layihələrdə institutun əməkdaşları fəal iştirak ediblər.Qrant müsabiqələrində əməkdaşlar iştirak etmiş və ümumilikdə 10 yaxın layihə təqdim olmuşdur.

Cari ildə institut əməkdaşlarının 50 elmi əsəri çap olunub. Onlardan 31–i elmi məqalə, ikisi monoqrafiya, digərləri isə konfrans materialı və tezislərdir. 14 məqalə, 2 monoqrafiya və 5 tezis xaricdə dərc edilib. Dərc edilən məqalələrdən 5-i İmpakt Faktorlu jurnalında dərc edilmişdir.

Bildirilib ki, institutun əməkdaşları 2017-ci ildə Rusiyada keçrilən Rusiya mikoloqlarının 5-çi qurultayında (Moskova şəhərı), ”Biosistemlərin ekalogiyası öyrənilməsi ,indikasiyası və praqnozlaşdırilması problemləri “ mövzusunda keçirilən beynəlxalq konfranslarda(Rusiya F., Həştərxan ş) və Ukraina Mikrobioloqlarının XV qurultayına iştirak və plenar məruzə ilə çıxış ermişdir. Hesabat ilində İnstitutda beynəlxalq qrant proqramlar (STSU) üzrə yerinə yetirilən bir qrant layihə ilə bağlı tədqiqatlar davam etdirilmişdir..

İclasda hesabatla bağlı müzakirələr aparıldı.Zeynal Əkbərov gələcəkdə instututlar arasinada nəzərdə tutulan elmi əlaqələr və onların möhkəmləndirilməsinin vacibliyini nəzərə catdirdı və digər nümayəndələr məruzə ətrafında suallar verərək fikirlərini bildirdi.

Sonda Mikrobiologiya İnstitutunun 2017-cı ildəki fəaliyyətini qənaətbəxş hesab edildi.

Faydalı Linklər