AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru,AMEA-nın müxbir üzvü Pənah Muradov və institutun əməkdaşları Azərbaycan Elm Fondunun Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsas Qrant Müsabiqəsi–2023” ün qalibi olan birgə layihə çərçivəsində Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna səfər ediblər. İnstitutun direktoru İlham Qaraqurbanlı ilə keçirilən görüşdə layihənin mövcud vəziyyəti və görüləcək işlər haqqında müzakirələr aparılıb.