Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA Rəyasət Heyətinin 1 aprel 2022-ci il tarixli 8/4nömrəli qərarına əsasən 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir. 
AMEA- nın Mikrobiologiya İnstitutu 2022-ci il üçün doktorantura və dissertanturaya aşağıdakı ixtisaslar üzrə qəbul elan edir:
Fəlsəfə doktoru hazırlığı üzrə:
2414.01 – Mikrobiologiya ixtisası:
əyani doktorant -1 yer (büdcə hesabına)
dissertant -1 yer (ödənişli əsaslarla)

2430.01 – Mikologiya ixtisası:
qiyabi doktorant - 1 yer (büdcə hesabına)
dissertant -1 yer (büdcə hesabına)

Elmlər doktoru hazırlığı üzrə:
2414.01 – Mikrobiologiya ixtisası:
qiyabi doktorant - 1 yer (büdcə hesabına)
dissertant -1 yer (ödənişli əsaslarla)

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər 5 aprel - 5 may 2022-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın Mikrobiologiya İnstitutunda qəbul ediləcək (Ünvan: Az 1004, Bakı ş., M.Müşfiq 103, Telefon: (+99412) 5024359, 5024389)
Təqdim ediləcək sənədlər haqqında məlumatı bu linkdən: https://science.gov.az/az/news/open/20395 əldə edə  bilərsiz.