AMEA-nın Mikrobiologiya İnstitutunda “Mikrobiologiya” ixtisası üzrə II kursda təhsil alan magistrant Məsimi Müjgan “Aktinomisetlərin və maya göbələklərinin biologiyası” fənnindən onlayn imtahan verib.

Fənn müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Babayeva imtahanın nəticəsini yüksək qiymətləndirib.

İmtahan prosesində müəssisənin Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Aygün Qasımova da iştirak edib.

Qeyd edək ki, institutda magistrantların qış imtahan sessiyası fevralın 2-də başa çatacaq.

© www.science.gov.az