Mikrobiologiya İnstitutunda təhsil alan magistrantların 2020-2021-ci tədris ili üzrə qış imtahan sessiyası davam edir.

Yanvarın 18-də mikrobiologiya ixtisası üzrə II kursda təhsil alan magistrant Müjgan Məsimli Biostatistika fənnindən imtahan verib. Fənn müəllimi Aidə İbrahimova cavabları yüksək qiymətləndirib.

İmtahan prosesində akademik İradə Hüseynova iştirak edərək tövsiyələrini verib.

Xatırladaq ki, ölkədəki mövcud epidemioloji vəziyyətlə əlaqədar imtahanlar “Zoom” platforması vasitəsilə onlayn keçirilir.