AMEA-nın Mikrobiologiya İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanan 25 qazi ailəsi evində ziyarət olunub.

Ziyarət zamanı onların müalicələri ilə maraqlanılıb, Novruz bayramı münasibəti ilə sovqatlar paylanılıb, bayramları təbrik edilib.

Görüşdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbənin ilk növbədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun qəhrəman əsgər və zabitlərinin böyük rəşadətinin təntənəsi olduğu vurğulanıb.