İyulun 2-də AMEA-nın Mikrobiologiya İnstitutunda doktorant və dissertantların mikrobiologiya və mikologiya ixtisasları üzrə doktorluq imtahanı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, imtahan komissiyanın sədri, institutun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradov, komissiyanın üzvləri professorlar Nəriman İsmayılov, Fəridə Qəhrəmanova, dosentlər Samirə Nəcəfova, Şakir Qasımov, biologiya üzrə fəlsəfə doktoru İlham Əliyev və müəssisənin Təhsil şöbəsinin müdiri Aygün Qasımovanın iştirakı ilə keçirilib.

İmtahan prosesinə AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri, dosent Tubuxanım Qasımzadə nəzarət edib.