AMEA-nın Mikrobiologiya İnstitutunda doktorant və dissertantların Ümumi biologiya fənnindən fərq imtahanı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, imtahanda komissiyanın sədri, institutun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradov, komissiyanın üzvləri, dosentlər Könül Baxşəliyeva, Şakir Qasımov, biologiya üzrə fəlsəfə doktoru İradə Babayeva və Təhsil şöbəsinin müdiri Aygün Qasımova iştirak ediblər. İmtahan uğurla başa çatıb.

Qeyd edək ki, imtahan AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun əməkdaşlarının nəzarəti ilə keçirilib.