Fevralın7-də AMEA-nın Mikrobiologiya İnstitutunda karantin rejiminin qaydalarına əməl etməklə əməkdaşların attestasiyasının keçirilməsinə başlanılıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, işçilərin attestasiyasının keçirilməsi üçün müəssisənin təcrübəli nümayəndələrindən ibarət attestasiya komissiyası yaradılıb. Attestasiya biologiya elmləri doktoru Samirə Nəcəfovanın sədrliyi ilə keçirilib. Attestasiya komissiyası beş nəfərdən ibarət olub.

Komissiya tərəfindən işçilərə vəzifəsinə, əmək funksiyasına, ixtisasına dair yerinə yetirdiyi işlər və onların nəticələri barədə suallar verilib.