Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü kimi tarixə düşüb. Bu əlamətdar gün BMT-nin qərarı ilə 2015-ci ildə təsis edilib və dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda hər il qeyd edilir.

525.az xəbər verir ki, ölkəmizdə görkəmli qadın elm xadimləri müxtəlif elm sahələrinə öz töhfələrini verməklə yanaşı, bir sıra davamçılarını da yetişdirmiş və bir məktəb yaratmışlar. Sevindirici haldır ki, bu gün bütün fəaliyyət sahələrində, xüsusilə də elm və təhsildə ön sıralarda qərar tutan ağıllı və yüksək biliyə malik qızlarımızın sayı gündən-günə artmaqdadır.

Mövzu ilə əlaqədar AMEA-nın Mikrobiologiya İnstitutunun laboratoriya müdiri, biologiya üzrə elmlər doktoru, dosent Könül Baxşəliyeva "525-ci Kanal"a danışıb.

Videomaterialla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz

https://www.youtube.com/watch?v=cQbxrjYpQ_o&t=14s