29-30 mart 2022-ci il tarixlərində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Mikrobiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Yeni tendensiyalar və innovasiyalar: Azərbaycanda mikrobiologiyanın inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

Tədbir Mikrobiologiya İnstitutunun 50 illiyinə və akademik Məmməd Salmanovun anadan olmasının 90 illiyinə  həsr edilib.

Konfransda plenar məruzə və seksiya çıxışları nəzərdə tutulub və bunun əsasında toplu dərc ediləcək. Topluya daxil ediləcək materiallar 10 mart 2022-ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir. Konfransın aparılması, məruzə və çıxışlar Azərbaycan dilində olacaq, dərc üçün göndərilən materiallar isə türk, ingilis və rus dillərində də ola bilər. 

Konfransda iştirak etmək üçün aşağıdakı istiqamətlər üzrə materiallar göndərilə bilər: 

- Müxtəlif biotopların göbələk və bakterial biotasının müxtəlifliyinin ekoloji, fizioloji-biokimyəvi və biotexnoloji aspektləri;

- Mikroorqaznimlər - bioloji aktiv maddələrin produsenti kimi; 

- Biotəhlükəsizlik və onun müasir dövrdə təminatının mikrobioloji aspektləri.

Konfransa təqdim olunan materiallar aşağıdakı qaydada hazırlanmalıdır: 

- Hər tərəfdən kənar boşluqları 2 sm, şrift Times New Roman, 12 pt, sətir aralığı 1 sm;

- Ad böyük və tünd qara hərflərlə verilir;

- Açar sözlər 3-5 sözdən ibarət;

- Təqdim olunan materialın həcmi 1-5 səhifə (A4) arasında olmalıdır. 

Materialların yazılması zamanı istinadlar da verilə bilər. Bu halda Ali Attestasiya Komissiyasının dissertasiyaların tərtibatı zamanı nəzərdə tutduğu qaydalardan istifadə edilməsi məqsədəuyğundur. Konfransın materialları toplu şəklində dərc olunacaq və bunun üçün müəlliflərdən heç bir ödəniş tələb edilmir. Hər bir material müəllifinə və ya müəlliflərə 1 nüsxə toplu veriləcək.