AMEA Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəsisslər Şurasının iclası keçirilib (GAMŞ).

Tədbiri giriş sözüylə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov daha sonra sözü çıxış üçün b.e.d, dosent Könül Baxşəliyevaya verib. Gənc Alim və Mütəxəsisslər Şurasının sədr və müavinin seçilməsi məqsədi ilə təşkil olunmuş iclasda şuranın sədri və müavinləri səs vermə yolu ilə seçilib. Belə ki, Gənc Alim və Mütəxəsislər Şurasının sədri elmi işçi Almaz Həsənova, müavini isə kiçik elmi işçi Aytən Əliyeva təyin olunublar.

Qeyd edək ki, iclasda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəsisslər Şurasının sədri Tərlan Yelmarlı, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun GAMŞ-ın sədri Elmir Babayev və İnformasiya Texnologiyalari İnstitutunun GAMŞ-ın sedri Aysən Fərəcova iştirak ediblər.