AMEA-nın prezidenti v.i.e., akademik A.Həşimovun   AMEA-nın Mikrobiologiya İnstitutuna ünvanladığı məktuba əsasən Azərbaycan Respublikası KTN-nin Baytarlıq Elmi Tədqiqat İnstitutunun  dissertantı Hüseynalıyev Nağı Həsənalı oglu “Ümumi biologiya“ fənni üzrə  növbədənkənar imtahan verib.

 İmtahanda komissiyanın sədri, institutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, komissiyanın üzvləri, dosentlər Samirə Nəcəfova, Könül Baxşəliyeva, biologiya üzrə fəlsəfə doktoru İradə Babayeva və Təhsil şöbəsinin müdiri Aygün Qasımova iştirak ediblər.

Qeyd edək ki, imtahan AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin Doktorantura sektorunun əməkdaşlarının müşahidəçi qismində iştirakı ilə, şəffaf və mövcud qaydalara uyğun  keçirilib.

İmtahan uğurla başa çatıb.