AMEA-nın Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasınn (GAMŞ) təşkilatçılığı ilə 16 Aprel - Ümumdünya Bioloqlar Gününə həsr olunmuş tədbir keçirilib.

Sözügedən müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Almaz Həsənova çıxış edərək bu günün qeyd edilməsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, bioloq olmaq təkcə bitki və heyvanlarla məşğul olmaq deyil, bioloq olmaq təbiətin ölməzliyinə inanmaq və onu hər zaman daha yaxşı qorumağı istəməkdir.

O, cəmiyyətin həmişə bioloqlara ehtiyacının olduğunu bu istiqamətdə hər bir bioloqun, xüsusən də gənclərin əzmlə çalışmasının zəruriliyini diqqətə çatdırıb. Tədbir iştirakçılarını 16 Aprel- Ümumdünya Bioloqlar Günü münasibəti ilə təbrik edən GAMŞ sədri bu elm sahəsində çalışan gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.