AMEA Mikrobiologiya İnstitutunun əməkdaşları b.e.d., dos. Baxşəliyeva Könül və b.ü.f.d. Babayeva İradə15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2022” sərgisini ziyarət   ediblər.

 Sərgilərdə 101-i yerli, 348-i xarici şirkət olmaqla ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edir. Burada onlar həm xarıcı, həm də yerli şirkətlərlə kənd təsərrüfatında bitkilərin xəstəliklərinə, xüsusilə də göbələk xəsətəlikləri olan – alternarioz, fusarioz və s. qarşı istifadə  olunan metodlar haqda fikir mübadiləsi aparıblar və İnstitutda aparılan tədqiqatlar nəticəsində əldə olunan və ekoloji cəhətdən zərərsiz biololji mübarizə metodları haqqında məlumat veriblər. Həmçinin Belarus Milli Elmlər Akademiyasının nümayəndələri ilə gələcəkdə elmi əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb.