Mayın 27-də AMEA-nın Mikrobiologiya yay sesiyası üzrə nəzrədə tutulan imtahanlar keçirilibdir. İmtahanda iştirak edən Rəsulzadə Hüseyin “ümumi biologiyanın əsasları” fənni üzrə fərq imtahanı, Süleyman Fəridə isə mikologiya ixtisası üzrə doktorluq imtahanı veriblər.
İmtahan komissiyanın sədri, institutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, komissiyanın üzvləri dosentlər Könül Baxşəliyeva , Samirə Nəcəfova, biologiya üzrə fəlsəfə doktoru Günel Qasımova və müəssisənin Təhsil şöbəsinin müdiri b.ü.f.d. Aygün Qasımovanın iştirakı ilə keçirilib. İddiaçılar 2 saat 30 dəqiqə müddətində imtahan biletlərini yazılı və şifahi cavablandırıblar Komissya üzvüləri imtahanın gedişatını yaxından izləyib. İmtahan uğurla başa çatıb.
İmtahan prosesinin gedişişinə AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri, dosent Tubuxanım Qasımzadə və şöbənin əməkdaşı Sevinc Həsənova nəzarət edib.