İyunun 6-da AMEA-nın Mikrobiologiya İnstitutunda təhsil alan magistrantların yay imtahan sessiyası keçirilib.
Müəssisənin "Mikrobiologiya " ixtisası üzrə I kurs magistrantları Su mikrobiologiyası fənni üzrə imtahan verib və imtahan ugurla başa çatıb. Cavablar fənn müəllimi b.ü.f.d., dosent Anar Hüseynov tərəfindən qiymətləndirilib. Qeyd edək ki, müəsisənin rəhbərliyi tərəfindən imtahanlar şəffaf təşkil olunması üçün müvafiq tədbirlər yüksək səviyyədə həyata keçirilib.