İyunun 20-də AMEA-nın I kurs magistrantları ümumi və seçmə fənlərdən sonuncusu olan “Fəlsəfə” fənnindən imtahan veriblər.

İmtahan AMEA prezidentinin 26 may 2022-ci il tarixli 177 nömrəli “AMEA-nın magistrantları üçün yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən baş tutub. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında iki qrup üzrə təşkil edilmiş imtahan müvafiq sərəncama əsasən yazılı formada həyata keçirilib.

AMEA prezidentinin 26 may 2022-ci il tarixli 178 nömrəli sərəncamına əsasən yay imtahan sessiyası ilə əlaqədar yaradılmış komissiyanın sədri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova imtahan prosesi ilə yaxından tanış olub.

Qeyd edək ki, magistrantların ixtisas fənlərindən imtahanları iyul ayının 5-dək davam edəcək.