AMEA Mikrobiologiya İnstitutunda 2021-2022-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası davam edir.

İyunun 23-də mikrobiologiya ixtisası üzrə təhsil alan magistrantlar mikroorqanizmlərin sistematikası fənnindən imtahan veriblər. Tələbələr imtahan suallarını ayrılmış vaxt müddətində yazılı olaraq cavablandırıblar. Cavablar fənn müəllimi, dosent İradə Babayeva tərəfindən qiymətləndirilib.

İmtahanda institutun Təhsil şöbəsinin müdiri Aygün Qasımova iştirak edib.

Qeyd edək ki, Mikrobiologiya İnstitutunda yay imtahan sessiyası iyunun 28-də başa çatacaq.