Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı və rektoru İradə Xəlilova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda qonaq olublar.

Qonaqları qəbul edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov öncə rəhbərlik etdiyi institutun əsas fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

Görüş zamanı elm və təhsil sahəsində əməkdaşlıq istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər gələcəkdə birgə elmi təcrübə mübadiləsinin aparılması, elm və təhsil sahəsində müştərək layihələrin həyata keçirilməsinin zəruriliyi haqqında razılığa gələrək əməkdaşlıqla bağlı müqavilənin imzalanmasını məqsədəuyğun hesab edib.

Daha sonra qonaqlar institutun laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.