Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi Qazaxıstan Bakıdakı səfirliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunur. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan və Qazaxıstan arasında Elm, təhsil sahəsində əməkdaşlıq memorandumları imzalanıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov tədbirdə iştirak edib. Görüş zamanı birgə əməkdaşlıq memorandumu imzalanıb. Gələcəkdə imzalanan sənəd çərçivəsində ölkələr üçün aktual sayılan mikrobiologiya sahəsində tədqiqat layihələri aparılması və elmi əlaqələrin daha sıx inkişafına dair fikir mübadiləsi aparılıb.


https://azertag.az/xeber/Qazaxistanla_Azerbaycan_arasinda_diplomatik_munasibetlerin_qurulmasinin_30_illiyi_silsile_tedbirlerle_qeyd_olunur-2265779

https://video.azertag.az/site/video/151670