Estoniyanın “Systemseparation MMC” şirkətinin rəhbəri İndrek Vaasma və şirkətinin nümayəndə heyəti Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna səfər ediblər.

İnstitutun direktoru İlham Qaraqurbanlı görüşdə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun fəaliyyəti, icra olunan layihələr, laboratoriya və istixananın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Estoniyalı mütəxəssislərlə birgə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub

Görüşdə  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov və b.e.d.,dosent Könül Baxşəliyeva  da iştirak edərək  gələcəkdə elmi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıblar.