AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov göbələk zəhərlənməsi hallarının artması ilə bağlı Baku TV-yə müsahibə verib.

Pənah Muradov müsahibəsində göbələk zəhərlənməsinin sayının artmasına diqqət çəkərək bildirib ki, zəhərli göbələyi yeməli göbələkdən seçmək olduqca çətindir və burada əsas faktor maarifləndirici yanaşmanın olmasının vacibliyidir.

Onun sözlərinə görə, respublikamızda 90-dan çox yeməli göbələk növü olsa da, onların toplanması və istifadəsində incə məqamlar var.

Daha ətraflı buradan izləyə bilərsiniz.