Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının rəhbəri, b.e.d., dosent Samirə Nəcəfova və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı, akademik Məhərrəm Babayev Türkiyənin Samsun şəhərində keçirilən “International  EURASIAN SOIL Symposium on “Soil Science and Plant Nutrition”, FESSS and emiSS” mövzusunda beynəlxalq simpoziumda iştirak ediblər.

Azərbaycanlı alim beynəlxalq simpoziumda “Environmental problems of technogenic land pollution” (“Torpaqların texnogen çirklənməsinin ekoloji problemləri”) adlı məruzə ilə çıxış edib.

Sonda iştirakçılara sertifikatlar verilib.