Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun laboratoriya müdirləri professor Könül Baxşəliyeva və dosent Günel Qasımova Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron təcrübə stansiyasında olublar.
Məqsəd iki qurum arasında elmi əməkdaşlıq haqqında müqavilədə nəzərdə tutulan işləri yerinə yetirmək, eləcə də Mikrobiologiya İnstitutunun tematik planına müvafiq olaraq nümunələr götürmək, müşahidələr aparmaqdır. İnstitut əməkdaşları təcrübə stansiyasının sahələrində olub, açıq və örtülü şəraitdə becərilən və xəstəlik ehtimalı olan bitkilərdən, eləcə də torpaqlardan nümunələr götürüblər. Götürülən nümunələr təcrübə stansiyasının və institutun laboratoriyalarında analiz ediləcək.