AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutuna İstehlak bazarından alınmış kartofların yeyintiyə yararlı olub olmadığını müəyyən etmək məqsədilə analiz aparılması üçün təqdim edilmişdir. (30 Mart İTV Xəbər 20:00 buraxlışında) Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov "İTV Xəbər"-in 13 Aprel 20:00 yayımlanan buraxılışında müəsissəyə analiz üçün təqdim edilən karofda aparılan mikrobioloji analizin nəticələri haqqında məlumat verib. P.Muradov Mikrobioloji biotexnologiya laboratoriyasında bir neçə mərhələdə aparılan tədqiqatlar nəticəsində qida təyinatlı məhsulda arzu edilməyən xəstəlik əlamətləri göbələklər, bakteriyalar aşkarlandığını bildirib.
Alim bu cür yararsız kartofla qidalanma zamanı insanlarda fəsadların yarana biləcəyini qeyd edib. Göbələyin sintez etdiyi toksiki maddələrin müxtəlif xəstəliklərin o cümlədən kanserogen təbiətə malik birləsmələr olduğunundan bu birləşmənin xərçəng xəstəliyinin yaranmasına səbəb ola biləcəyini vurğulayıb. Ətraflı.Verilişin (12:38) dəqiqəsində izləmək mümkündür.