Azərbaycan Turizm və Menecment Universitetinin Sosial menecment fakültəsinin “Qida mühəndisliyi” ixtisasının II kurs tələbələri və “Mehmanxana və restoran biznesi” kafedrasının dosenti, b.ü.f.d. Gülnar Məmmədli Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda olublar.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvi Pənah Muradov sözügedənm müəssisənin əsas fəaliyyəti istiqamətləri və görülən işlər barəsində ümumi məlumat verib. Daha sonra tələbələr institutun laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.

Tanışlıq zamanı institutun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri b.e.d., professor Könül Baxşəliyeva, Torpaq mikrobiologiyası laboratoriyasının müdiri b.e.d., dosent Samirə Nəcəfova, Eksperimental mikologiya laboratoriyasının müdiri b.ü.f.d., dosent İradə Babayeva, Fitopatogen mikroorqanizmlər və bioloji nəzarət laboratoriyasının müdiri b.ü.f.d., dosent Günel Qasımova, Su mikrobiologiyası laboratoriyasının müdiri b.ü.f.d., dosent Anar Hüseynov tələbələrə laboratoriyalarda aparılan elmi-tədqiqat işləri haqqında məlumat verərək, bəzi eksperimentləri əyani şəkildə onlara göstərib, tələbələri maraqlandıran sualları cavablandırıblar.

Daha sonra institutun əməkdaşları b.ü.f.d. İlham Əliyev, b.ü.f.d. Vüsalə Xəlilzadə, b.ü.f.d. Könül Bayram, b.ü.f.d. Vəfa Həsənova, elmi işçi və doktorantları Gülnarə Həsənova, Gülnar Şirinova, Aqil Əhmədli laboratoriyadakı avadanlıqların işləmə qaydaları ilə tələbələri tanış ediblər.