AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov 25 aprel Space TV-nin canlı yayımlanan “Space Səhər” proqramının qonağı olub.
Verilişdə qiymət artımı və keyfiyyətsiz qidalar haqqında müzakirələr aparılıb, istehlak bazarında son günlərdə satılan keyfiyyətsiz məhsullardan, o cümlədən ərzaq kimi əhaliyə satılan kartofun keyfiyyəti müzakirə olunub.

P. Muradov İnstituta yaxın günlərdə analiz üçün təqdim edilən bəzi məhsulların, o cümlədən qida kimi bazarlarda əhaliyə satılan kartofun mikrobioloji analiz nəticələrini izləyicilərin diqqətinə çatdırib. Bildirib ki, əldə edilən analiz nəticələrinə əsasən onların yem kimi heyvanlara belə verilməsi təhlükəlidir. Buna görədə çeşidlənərək qidaya yararlı olmayan məhsulların bazarlara daxil olmasının qarşısının alınması da vacibdir.

Ətraflı məlumat üçün linkə keçid edin: http://www.myvideo.az/channels.aspx?timer=250420230900&channel=space.m3u8