İyunun 1- də, "Baku Marriott Hotel Boulevard”- da "TETRA AZ" şirkətinin təşkilatçılıgı ilə elmi praktiki seminar kecirilib. Seminarda AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov da iştirak edib.
Qeyd edək ki, "TETRA AZ" qardaş ölkə Türkiyənin Azərbaycanda analitik və laboratoriya cihazlarının istehsalı sahəsində dünyada tanınmış firmaların cihazları ilə laboratoriyaların təmin olunması məqsədi ilə qurulmuşdur. Müəsisənin Mikrobioloji biotexnologiya laboratoriyasının kiçik elmi işçisi və əyani doktorantı Aqil Əhmədli də seminarda iştirak edib. Seminarın keçirilməsində məqsəd elektron mikroskopdakı yeni texnoloji imkanları tanıtmaqla maarifləndirmə işi aparmaqdır. Elmin inkişafında yeni elektron mikroskopun tətbiqi böyük töhfələrin zəminidir.