İyunun 6-da ARETN-nin Mikrobiologiya institutunun baş direktoru, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Pənah Muradov, ARETN-nin Zoologiya İnstitutunun baş direktoru v.i.e, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov və hər iki institutun nümayəndə heyəti Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinə işgüzar səfəri çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov ilə görüşüb. İcra başçısı qonaqları salamlayaraq bu formatda keçirilən görüşlərin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, görüşün əsas məqsədi Təhsil Kompleksi ilə institutlar arasında ikitərəfli sıx əməkdaşlığın qurulmasıdır.
Səfər çərçivəsində Təhsil Kompleksi ilə yaxından tanış olan hər iki institutun nümayəndə heyəti ilə məktəbin kollektivi arasında görüş keçirilib və qarşılıqlı əlaqələrin qurulması barədə memorandum imzalanıb. Tədbirin sonunda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısına və Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinə hədiyyələr təqdim olunub. 

Nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyini də ziyarət edib.