Səhiyyə Nazirliyinin V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tibbi Profilaktikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Eksperimental mikologiya laboratoriyasının müdiri, dosent İradə Babayeva, biologiya üzrə fəlsəfə doktorları Lalə Əliyeva, Vüsalə İsayeva, elmi işçilər Əsmər Məmmədova və Aytən Abışova iştirak ediblər.

Konfransa bir çox ölkələrin tədqiqatçıları və elm adamları öz tezisləri ilə müraciət edib. Qeyd edək ki, konfransa əməkdaşlarımız tərəfində təqdim edilən elmi əhəmiyyətə malik tezislər topluda dərc edilib.

Tədbirin yekununda konfrans iştirakçısı olan əməkdaşlara sertifikatlar təqdim edilib.