AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun əməkdaşları b.ü.f.d. Həsənova Vəfa, kiçik elmi işçi Cəfərzadə Səbinə və beynəlxalq əlaqələr üzrə mütəxəssis Kərimli Mədinə İnformasiya Texnologiyaları İnstitutunda keçirilən təlimlərə qatılıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Clarivate Analytics” şirkətindən Valentin Bogorovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən  keçirilən təlimin məqsədi “Web of Science” elmmetrik bazasına giriş və bazadan istifadə ilə bağlı bacarıq və səriştələrin artırılması olub.

“Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə keçirilən təlimlər “Effektiv məlumat axtarışı”, “Elmi jurnallarla iş”, “Web of Science” bazasında müəllif və müəssisə profili” mövzularını əhatə edib. Təlim iştirakçılarına məlumatlandırma sessiyaları təqdim olunub və onların sualları cavablandırılıb.