Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işğaldan azad olunmuş Zəngilan rayonu ərazisindən keçən Oxçuçayda bioloji monitorinq aparılması məqsədilə İşçi Qrup yaradılmışdır.
Bu qrupa müxtəlif təşkilatlardan o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının aidiyyəti üzrə dörd institutundan nümayəndələr daxil edilmişdir.
AMEA-dan işçi qrupa cəlb edilən nümayəndələrin koordinatoru Mikrobiologiya institutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradovdur.
İşçi Qrupun üzvülərinin bu gün plana uyğun olaraq “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında görüşü keçirilib. Mərkəzi laboratoriyanın müdiri Elçin Əliyev görüş zamanı işçi qrupun üzvülərinə laboratoriyalarınin imkanları və həyata keçirdikləri fəaliyyət barəsinə məlumat verib, laboratoriyalarla tanış edibdir.
Görüşdə işçi qrupun fəaliyyət planı da müzakirə olunub və edilən təkliflər nəzərə alınmaqla ilkin variant qəbul edilib.
Fəliyyət planına müvafiq olaraq işçi qrup aprel ayından etibarən Oxçuçayda ekspedisiyalar təşkil edilərək nümünələr götüruluməsi və nəzərdə tutulan müşahidə və analizlərin aparılması planlaşdırilıbdır.
Gələcəkdə götrülən nümunələrin analizlərinin harda aparılmasının məqsədəuyğunluğunu aydınlaşdırmaq məqsədi ilə günün ikinci hissəsində işci qrupun nümayəndənin bir hissəsi Ekologya Nazirliyinin Azeklab Laborotoriyasıda olaraq ordakı şəraitlə tanış olublar.
Görüş qarşılıqlı müzakirə şəklində davam etmişdir.