Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Fitopatogen mikroorqanizmlər və bioloji nəzarət laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Günel Qasımova və elmi işçilər Vəfa Həsənova, Fəridə Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun təcrübə sahələrində olublar.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məqsəd iki qurum arasında elmi əməkdaşlığı davam etdirmək, eləcə də Mikrobiologiya İnstitutunun tematik planına müvafiq olaraq nümunələr götürüb müşahidələr aparmaqdır. İnstitut əməkdaşları təcrübə sahələrində xəstəlik ehtimalı olan yem bitkilərindən və torpaqlardan nümunələr göturüblər. Həmin nümunələr institutun Fitopatogen mikroorqanizmlər və bioloji nəzarət laboratoriyasında analiz ediləcək.