Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu ilə Azərbaycan Respulikası Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbi arasında elm və təhsil üzrə əməkdaşlıq müqaviləsi bağlanmışdır.

Sənədi Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov imzalayıblar.

Müqavilənin imzalanmasında məqsəd tədqiqat işlərinin birgə araşdırılması, elm və tədqiqat işlərinin inteqrasiyası, gələcək layihələrdə birgə iştirak və ümumi elmi xarakterli məsələlər nəzərdə tutlmuşdur.

Qeyd edək ki, müqavilə 5 il müddətinə imzalanıb.