Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən Mikrobiologiya İnstitutunun əməkdaşları “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin təşkili və keçirilməsində səmərəli fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif edilib.

Mükafat “Ekologiya – ətraf mühitin idarə olunması” üzrə münsiflər heyətinin üzvü Mikrobiologiya İnstitutunun “Bioloji aktiv maddələr” laboratoriyasının müdiri b.e.d., prof. Elman İsgəndərə və “Biologiya” üzrə münsiflər heyətinin üzvü “Mikrobioloji biotexnologiya” laboratoriyasının müdiri, b.e.d., prof. Könül Baxşəliyevaya təqdim olunub.

İnstitutun rəhbərliyi və kollektiv adından təbrik edirik!